[r32]
26 Mart, 2018 12:12 xeber – Rusiya polisi Kemerovoda “Zimnyaya vişnya” (“Qış albalısı”) ticarət-əyləncə mərkəzində baş verən yanğında itkin düşmüş hesab edilən bir neçə nəfəri tapıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən polisin operativ axtarış tədbirləri nəticəsində itkin düşdüyü elan edilən 64 vətəndaşdan beşini – 3 yetkinlik yaşına çatmayan qızı və 2 cavan oğlanın tapıldığı bildirilib.
Məlum olub ki, onlar faciə yerində olmayıblar.
Xatırladaq ki, Kemerovoda ticarət mərkəzində baş varən yanğında ölənlərin sayı 53-ə çatıb.
mənbə :
Report.az