İçeriğe geçmek için "Enter"a basın

"Rusiyadakı yanğında ölənlər arasında azərbaycanlılar yoxdur" - RƏSMİ

26-03-2018

[r32]
xeber –

 

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.

 

 

Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyindən bildirilib. 

 

10:56

 

 

"Yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır".

 

Bu barədə APA-ya Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadır. Əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcək.

 

Azərbaycan icmasının sədri Fikrət Qasımov isə APA-nın Rusiya bürosuna Kemerovodakı bildirib ki, Kemerovo vilayətində ticarət mərkəzində baş verən yanğında ölən və xəsarət alanlar arasında azərbaycanlılar olmayıb: "İlkin məlumatlara görə, yanğında ölənlər və yaralılar arasında həmyerlilərimiz yoxdur".

 

Qeyd edək ki, dünən Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində 53 nəfər ölüb, 16 nəfər isə itkin düşüb. Ölənlərin sayının daha çox olması ilə bağlı məlumatlar var.   



mənbə :
Lent.az

"Rusiyadaki yanginda olenler arasinda azerbaycanlilar yoxdur" – RESMİ