[r32]
22 Mart, 2018 16:11 xeber – Çin Mərkəzi Bankı (PBOC) ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımından sonra 7 günlük əks-REPO faizini 2,50 %-dən 2,55%-ə qaldırıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Bank bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, bu addım bazar gözləntilərinə uyğundur və FED-in faiz artımına verilən normal reaksiyadır.
Qeyd edək ki, FED martın 21-də uçot dərəcəsini 1,5- 1,75%-dək artırıb.
Dünya mətbuatının yazdığına görə, FED-in faiz artımı qərarından sonra dolların kursu sabit qalıb, qiymətli metallar isə bahalaşıb.
mənbə :
Report.az