İçeriğe geçmek için "Enter"a basın

Şuşa Teatrı “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasını açıq havada təqdim edəcək

22-03-2018

[r32]

22 Mart, 2018  15:16 xeber – Şuşa Dövlət Musiqili Dram Teatrı Novruz bayramı münasibətilə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasını təqdim edəcək. 
Bu barədə “Report”a teatrdan məlumat verilib. 
Tamaşa martın 23–də Fəvvarələr meydanında (Nizami adına Ədəbiyyat İnstitutunun arxası) təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimovdur.

mənbə :
Report.az

Şuşa Teatri “Musyo Jordan ve Dervis Mesteli sah” tamasasini aciq havada teqdim edecek