[r32]
22 Mart, 2018 14:33 xeber – Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-110-cu kilometrlik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.
Bu barədə “Report”a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O deyib ki, sürücülər yolun həmin ərazisində diqqətli olmalı və müvəqqəti yol nişanlarına riayət etməlidirlər.
mənbə :
Report.az