İçeriğe geçmek için "Enter"a basın

Şamaxıda 12-yaşlı uşağın əlində fişəng partlayıb, barmağının bir hissəsi qopub

21-03-2018

[r32]

21 Mart, 2018  22:23 xeber – Şamaxıda Novruz əyləncəsi bədbəxt hadisə ilə nəticələnib. 
“Report”un yerli bürosu xəbər verir ki, 12 yaşlı uşağın əlində fişəng partlayıb. Nəticədə rayonun Məlhəm kənd sakini 2006-cı il təvəllüdlü Kamal Mais oğlu Cəbrayılov sağ əlinin şəhadət barmağının bir hissəsinin qopması, əlin ovuc nahiyyəsinin cırılmış-parçalanmış yarası və sol əlin vətərlərində əzilmə yarası ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.
Xəstəyə yardım göstərilib. Aparılan cərrahiyə əməliyyatından sonra sağ əlin şəhədət barmağının baş hissəsi kəsilərək götürülüb. Xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.
Faktla bağlı araşdırma aparılır. 

mənbə :
Report.az

Samaxida 12-yasli usagin elinde fiseng partlayib, barmaginin bir hissesi qopub