İçeriğe geçmek için "Enter"a basın

İsraildən gecikmiş Suriya etirafı

21-03-2018

[r32]
2018-03-21T20:07 xeber – İsrail 11 il əvvəl Suriyada tikilməkdə olan nüvə reaktorunu məhv etməsi barədə məlumatı ictimaiyyətə açıqlayıb.
Bu barədə İsrail ordusu məlumat yayıb.
Əməliyyat 2007-ci sentyabrın 5-dən 6-na keçən gecə həyata keçirilib. 
Sentyabrın 5-dən 6-na keçən gecə İsrail hərbi-hava qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətində tikilməkdə olan nüvə obyektini məhv ediblər. Dörd F-16 təyyarəsi həm İsrail, həm də bütövlükdə bölgə üçün atom təhlükəsini aradan qaldırıblar” — məlumatda deyilir.
Hərbçilər həmin əməliyyatı əks etdirən videoyazını da yayımlayıblar.
“Bir neçə ildən sonra Deyr-əz-Zor əyaləti İŞİD terrorçularının əlinə keçdi. Əgər nüvə obyekti onların əlinə keçsəydi, nəticəni təsəvvür etmək belə çətindir” — ordudan bildirilib.
mənbə :
Sputnik

İsrailden gecikmis Suriya etirafi