[r32]
19 Mart, 2018 19:11 xeber – Bu il fevralın 1-nə əsasən, Azərbaycanda 23,6 min nəfər maliyyə və sığorta sektorunda işləyib. Muzdla işləyən işçilərin 4,4 min nəfəri dövlət, 19,2 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, statistikaya əsasən, işçilərin sayında ilin əvvəli ilə müqayisədə 100 nəfər azalma qeydə alınıb.
Bu müddətdə özəl sektorda işçilərin sayı dəyişməyib, azalma dövlət sektoru hesabına baş verib.
Cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 508,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,0 min nəfər, qeyri-dövlət sektorunda isə 627,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,8 min nəfər, qeyri-neft sektorunda isə 1 474,6 min nəfər çalışıb.
mənbə :
Report.az