[r32]
2018-03-18T16:03 xeber – Bu gün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi təşkil olunub.
Şənliyin iştirakçıları sərnişinlərə və valideyn himayəsindən məhrum olan uşaqlara maraqlı səhnəciklər, musiqilər təqdim ediblər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.
Qeyd edək ki, bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə etdikləri üçün Novruz Bayramı günlərində — 20-27 mart 2018-ci il tarixlərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib.
mənbə :
Sputnik
Bu qurum valideyn himayəsindən məhrum uşaqları sevindirdi
18-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib