[r32]
18 Mart, 2018 05:00 xeber – “Mançester Yunayted” futbol üzrə İngiltərə Kubokunun ¼ final matçında “Brayton end Houv Albion” komandası üzərində qələbə qazanıb.
“Report” xəbər verir ki, Mançester şəhərinin “Old Trafford” stadionunda keçirilən görüş 2:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Oyunda qolları forvard Romelu Lukaku və yarımmüdafiəçi Nemanya Matiç vurub.
“Mançester Yunayted” İngiltərə Kubokunun ikinci yarımfinalçısı olub. Ondan əvvəl “Tottenhem Hotspur” “Suonsi Siti”ni 3:0 hesabı ilə məğlub edərək 1/2 finala vəsiqə qazanıb.
İngiltərə Kuboku. 1/4 final
“Mançester Yunayted” – “Brayton end Houv Albion” – 2:0
Qollar:1:0 – Lukaku – 37, 2:0 – Matiç – 83
mənbə :
Report.az