İçeriğe geçmek için "Enter"a basın

Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirilib

18-03-2018

[r32]

18 Mart, 2018  04:16 xeber – Martın 17-də Ağcabədi rayonunda xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbir Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Kosa və keçəlin gəlişi, folklor qrupunun Novruz adət-ənənələrindən ibarət çıxışı və balaca fidanların ifasında təqdim edilən musiqi,səhnə,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Tədbir GTM Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin balaca fidanlarının hazırladığı maraqlı musiqili bayram proqramı ilə davam edib.

mənbə :
Report.az

Agcabedide xususi qaygiya ehtiyaci olan usaqlar ucun Novruz senliyi kecirilib