İçeriğe geçmek için "Enter"a basın

Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək

16-03-2018

[r32]

16 Mart, 2018  07:55 xeber – Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
“Report” xəbər verir ki, mərasimdə püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkəcək.
Püşk nəticəsində 8 komanda 4 cütə bölünəcək. Bu komandalar aşağıdakılardır:
“Latsio” (İtaliya)
“Atletiko” (İspaniya)
“Sportinq” (Portuqaliya)
“Marsel” (Fransa)
Leyptsiq” (Almaniya)
“Arsenal” (İngiltərə)
“Zalsburq” (Avstriya)
MOİK (Rusiya)
Püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi və ya eyni ölkə komandalarının bir-biri ilə düşməməsi halları olmayacaq. Yəni cütlərin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək. İlk oyunlar aprel 5-i, cavab qarşılaşmaları isə aprelin 12-si olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

mənbə :
Report.az

Avropa Liqasinin 1/4 final merhelesinin puskatma merasimi kecirilecek