İçeriğe geçmek için "Enter"a basın

Səudiyyə kralına şok: Qızını həbs edirlər

16-03-2018

[r32]
2018-03-16T06:16 xeber – Fransa məhkəməsi Səudiyyə Ərəbistanı kralı Salman əl Saudun qızının həbs olunması üçün beynəlxalq order verib.
Sputnik Azərbaycan “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məhkəmə araşdırması ilə əlaqəli mənbə məlumat yayıb.
Məlumata görə, vəliəhd şahzadə Məhəmməd bin Salmanın bacısı Həssə bin Salman, onun mühafizə xidməti üzvlərinə qarşı açılmış cinayət işi ilə əlaqədar axtarışa verilib. 
Fransanın hüquq mühafizə orqanları şahzadənin  2016-cı ildə Parisdəki mənzilində yer almış silahlı zorakılıq, adam oğurluğu, qarət və hədə-qorxu gəlmə faktları üzrə dindirilməsini istəyir.
mənbə :
Sputnik

Seudiyye kralina ŞOK: Qizini hebs edirler