İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda həbsdən çıxan futbolçu komandasına qələbə qazandırıb

14-03-2018

[r32]

14 Mart, 2018  17:58 xeber – Hazırda “Zaqatala” klubunda çıxış edən futbolçu Nicat Muxtarov həbsdən çıxdıqdan sonra ilk qolunu vurub.
“Report” xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan I Divizionunun XVIII turunda “Turan Tovuz”la səfər matçında fərqlənib. Muxtarov 6-cı dəqiqədə qol vuraraq, komandasına qələbə qazadırıb – 1:0. 
Bu qələbə sayəsində “Zaqatala” xallarını 11-ə çatdırsa da, sonuncu pillədə qalıb. “Turan Tovuz” isə 25 xalla 6-cıdır. 
Qeyd edək ki, Nicat Muxtarov “Sumqayıt” komandasında çıxış etdiyi vaxt – sentyabrın 9-da və 15-də yerli telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. O, bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

mənbə :
Report.az

Azerbaycanda hebsden cixan futbolcu komandasina qelebe qazandirib