[r32]
14 Mart, 2018 14:57 xeber – “Bank of Baku” ASC-nin sahə direktorlarından biri vəzifəsindən ayrılıb.
“Report” xəbər verir ki, bu, Ramil Nəsibovdur.
Onun yerinə Anar Abbasov təyin edilib.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik səhmdarı), 28,89%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
mənbə :
Report.az