[r32]
13 Mart, 2018 20:37 xeber – “Koroğlu” metro stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, buna səbəb Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (aeroport istiqamətində) nəqliyyat vasitəsində yanğının baş verməsidir.
mənbə :
Report.az