[r32]
2018-03-13T20:23 xeber – Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər saxlanılıb. Sputnik Azərbaycan “Haber7″ə istinadla xəbər verir ki, saxlanılanlar rüşvət almaqda şübhəli bilinirlər.
Aparılan texniki və fiziki təqiblərdən sonra polislər səhər saatlarında əməliyyat keçirib, gömrük işçilərinin evlərində eyni zamanda axtarış aparılıb. Onlar saxta ixracat, fırıldaqçılıq, rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunurlar.
Polisə gətirilən şübhəlilərin ədliyyə orqanına təhvil veriləcəyi bildirilib.
mənbə :
Sputnik
Dilucu gömrük-keçid məntəqəsində əməliyyat keçirildi: Tutulanlar var
13-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib