İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda şagird daşıyan avtobus qəzaya uğradı: Ağır yaralılar var

11-03-2018

[r32]
2018-03-11T12:59 xeber – Yevlaxda şagirdlərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, şagirdləri daşıyan “Vito” markalı mikroavtobus Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.
©
Foto: REPORTQaxda qəza: Ölən və çox ağır yaralananlar var
Hadisə zamanı 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.
Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, avtobusdakılar 2003-cüil təvəllüdlü şagirdlərdir, Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Sputnik

Azerbaycanda sagird dasiyan avtobus qezaya ugradi: Agir yaralilar var