İçeriğe geçmek için "Enter"a basın

Ukraynadakı münaqişe ile bağlı danışıqlar baş tutmadı

01-02-2015


01.02.2015 / 00:55 xeber –

Təmas qrupunun Minskdə keçirilmiş görüşündə Ukraynanı təmsil edən eks prezident Leonid Kuçma danışıqların pozulduğunu bildirib.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Kuçma danışıqların pozulmasında  Donetsk  və Luqansk separatçılarının liderlərini günahlandırıb.

 

“Vəziyyətin nizamlanmasına yönəlmiş konkret tədbirlərin əks olunduğu Minsk razılaşmasının tətbiqi planı üzrə məsləhətləşmələr Minsk razılaşmasını imzalamış Aleksandr Zaxarçenko və İqor Plotnitskinin danışıqlara gəlməməsi səbəbindən pozulub. Həmçinin onların nümayəndələri Denis Puşilin və Vladislav Deyneqonun ultimativ bəyanatları, atəşkəs və ağır silahların geri çəkilməsini nəzərdə tutan planı müzakirə etməkdən imtina etməsi danışıqların pozulmasına səbəb olub”, deyə Kuçma vurğulayıb.

 

Kuçma qeyd edib ki, Ukrayna separatçılardan heç bir ultimatum qəbul etməyəcək və sentyabrda Minskdə əldə olunmuş razılaşmanın tam icra edilməsini təkid edəcək.   

Mənbə : Lent.az

Ukraynadakı münaqişe ile bağlı danışıqlar baş tutmadı