İçeriğe geçmek için "Enter"a basın

Yevlaxda şagirdləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 19 məktəbli xəsarət alıb - YENİLƏNİB

11-03-2018

[r32]

11 Mart, 2018  11:50 xeber – Yevlaxda şagirdləri daşıyan “Vito” markalı mikroavtobusun Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.
“Report”un Şirvan bürosu xəbər verir ki, onlar 2003-cüil təvəllüdlü şagirdlərdir.
Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.
Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir. 

***10:06
Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Report”un Şirvan bürosunun məlumatına görə, şagirdləri daşıyan “Vito” markalı mikroavtobus Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.
Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 
Qeyd edək ki, şagirdlər Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Yevlaxda sagirdleri dasiyan mikroavtobusun qezaya ugramasi neticesinde 19 mektebli xesaret alib – YENİLENİB