İçeriğe geçmek için "Enter"a basın

Sumqayıtda yol qəzası ilə bağlı xəstəxanaya gələn şəxslər həkimi döyüblər

10-03-2018

[r32]

10 Mart, 2018  21:48 xeber – Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimi iş başında döyülüb.
“Report”un yerli bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya gətirilən 1954-cü il təvəllüdlü Qasımov Kərim Qasım oğlu və adı hələ ki, bilinməyən oğlu ilə birlikdə həkim-travmatoloq Rza Rzayevə hücum edib.
Əlbəyaxa dava zamanı həkim möhkəm döyülüb.
Dərhal hadisə yerinə gələn polis əməkdaşları həkimə hücum çəkən şəxsləri saxlayaraq məsuliyyətə cəlb edib.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Sumqayitda yol qezasi ile bagli xestexanaya gelen şəxsler hekimi doyubler