İçeriğe geçmek için "Enter"a basın

Ekspert: Daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək

10-03-2018

[r32]

10 Mart, 2018  14:48 xeber – Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımının il ərzində davam edəcəyi gözlənilir.
“Report”un verdiyi xəbərə görə, bunu “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib:
“Hazırda daşınmaz əmlak bazarında az da olsa artım var. Fevral ayının yekununa görə aylıq 1%-dən bir qədər çox, ilin əvvəli ilə müqayisədə isə 3%-dən çox qiymət artımı qeydə alınıb. Bu tendensiyanın il ərzində davam edəcəyi gözlənilir. Tədricən də olsa bəzi aylar istisna olmaqla, artım olacaq.”
Ekspertin sözlərinə görə, təkrar mənzil bazarında artım yoxdur, hətta cüzi azalma var.
“Artım ilkin mənzil  bazarındadır. Torpaq bazarında da mövsümi ayların gəlişi ilə bağlı olaraq az da olsa artım var. Amma kommersiya obyektləri bazarında artım yoxdur. Hələki stabillikdir”- N.İbrahimov qeyd edib. 
mənbə :
Report.az

Ekspert: Dasinmaz emlak bazarinda qiymet artimi olacaq