[r32]
 2018-03-10T13:48 xeber –  Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki havanı açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.
Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib. 
mənbə : 
Sputnik
Faktiki hava şəraiti açıqlandı: Yağış, qar, güclü külək
						10-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
 - Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
 - Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
 - Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
 - Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib