[r32]
2018-03-10T11:19 xeber – Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Mətbuat Şurasının (MŞ) VII qurultayında çıxış edib.
Sputnik Azərbaycan xəbər verir ki, o, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Əli Həsənov dövlət adamı olduğunu və 3 halda özünü güclü hiss etdiyini bildirib: “Birinci, cənab prezident İlham Əliyevin yanındayam və onun Azərbaycan xalqına, dövlətinə etdiyi xidmətləri görürəm. Azərbaycan dövlətinin necə inkişaf etdiyini görürəm. Özümü cənab prezidentin yanında çox güclü hesab edirəm. İkinci, mən Azərbaycan milli ordusunun gücünü görürəm. Onun texniki vasitələrinin gücünü görürəm. Bunu görəndə özümü güclü hesab edirəm. Üçüncüsü isə mən özümü medianın içində olanda güclü hesab edirəm. Hesab edirəm ki, Azərbaycan dövlətini heç kim sarsıda bilməz. Biz sizlərlə güclüyük”.
Daha sonra Mətbuat Şurasının sədri Ə. Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.
Qurultay davam edir.
mənbə :
Sputnik
Əli Həsənov: “Özümü medianın içində olanda güclü hesab edirəm”
10-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib