[r32]
9 Mart, 2018 08:51 xeber – Pentaqon ABŞ Konqresinə Birləşmiş Ərəb Əmirliklərinə 270 milyon dollarlıq raketlərin satışı barədə bildiriş göndərib.
“Report” ərəb ölkələrinin mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyinin açıqlamasında Dövlət Departamentinin Əbu-Dabiyə bu silah növünü satmasına etiraz etmir.
Əmirlik “hava-hava” tipli 340 “AIM-9Х-2” raketini, onun zəruri ehtiyat hissələrini və avadanlıqıarını almaq niyyətindədir. Pentaqonda əlavə ediblər ki, bu raketlərin ehtimal olunan satışı dost ölkənin təhlükəsizliyini gücləndirəcək.
mənbə :
Report.az