İçeriğe geçmek için "Enter"a basın

Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək

09-03-2018

[r32]

9 Mart, 2018  06:54 xeber – Yaponiyanın baş naziri Sindzo Abe ABŞ prezidenti Donald Trampla görüşmək üçün apreldə Vaşinqtona səfər edəcək.
“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə yapon hökumətinin başçısı bildirib.
“Trampla telefon danışığımız olub. Apreldə ABŞ-a səfər edəcəm. Orada prezidentlə Şimali Koreya problemini müzakirə etmək istərdim”, – deyə Abe bildirib.
Bu halda o qeyd edib ki, Koreya Xalq Demokratik Respublikasının denuklarizasiyaya hazır olması ilə bağlı dəyişiklikləri qiymətləndirir.
Daha əvvəl Abe rəsmi Pxenyanın danışıqlara hazır olmasına baxmayaraq, Koreya Xalq Demokratik Respublikasına maksimal təzyiq təklifi ilə çıxış edib.

mənbə :
Report.az

Yaponiyanin bas naziri ABS-a sefer edecek