İçeriğe geçmek için "Enter"a basın

Kim Çen Indan gözlənilməz vəd

09-03-2018

[r32]
xeber –

Kim Çen In nüvə və raket sınaqlarından  imtina etməyə hazır olduğunu bəyan edib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin  təhlükəsizlik üzrə müşaviri Çon In Yön  bildirib. 

«Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə  sadiq olduğunu ifadə edib. Kim Çen In  Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib», – deyə Çon In Yön  bildirib. 

Qeyd edək ki, bundan əvvəl D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib. 



mənbə :
Lent.az

Kim Cen İndan gozlenilmez ved