[r32]
9 Mart, 2018 01:49 xeber – ABŞ-da yüngülmühərrikli “Piper PA-31P” təyyarəsi qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “KWTX” radiostansiyası məlumat yayıb.
Məlumata görə, hadisə Texas ştatında, Laredov beynəlxalq hava limanı yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 3 nəfər ölüb.
Bildirilir ki, təyyarənin sol mühərrikində tüstülənmə baş verdikdə pilot onu uçuş zolağına qaytarmağa çalışıb. Bundan sonra təyyarə aeroport ərazisindən 45 metr məsafədə yerə düşüb.
Hazırda hava limanının işi dayandırılıb. Ölənlərin kimliyi hələ dəqiqləşdirilməyib.
mənbə :
Report.az