İçeriğe geçmek için "Enter"a basın

"Türklərin Afrinə gəlişi: regionda növbəti münaqişə gözlənilir?"

09-03-2018

[r32]
2018-03-09T00:05 xeber – Münaqişələrlə bağlı mövzuları işıqlandırmaq Azərbaycan KİV-ləri üçün birmənalı olaraq aktualdır.
Son zamanlar Suriya və onun regional siyasətə təsiri mövzusu xüsusilə populyardır. Amma heç də həmişə bu mövzu düzgün qiymətləndirilmir və həqiqət tez-tez təhrif edilir.
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzi aparıcı ekspertlərlə birlikdə bu məqalələrin analizini apararaq onları təhlil edib.
Martın 10-u saat 11:00-da “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində Azərbaycanın tanınmış ekspertləri və gənc alimlərin iştirakı ilə “Türklərin Afrinə gəlişi: regionda yeni irimiqyaslı münaqişə olacaqmı?” mövzusunda dəyirmi masa keçiriləcək.
Əlaqə:
“Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Telefonlar: 404-13-84/85
e-mail: [email protected]
mənbə :
Sputnik

Turklerin Afrine gelisi: regionda novbeti munaqise gozlenilir?