İçeriğe geçmek için "Enter"a basın

BMT: Şərqi Qutada son 2 gündə 100-dən çox insan həlak olub

08-03-2018

[r32]

8 Mart, 2018  23:37 xeber – Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Şərqi Quta şəhərində son iki gündə 100-dən çox insan həlak olub.
“Report” “RİA Novosti”yə xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat yayıb.
“Şərqi Qutada toqquşmalar davam edir. Hansı ki, son 2 gündə 100-dən çox insanın həlak olduğu bildirilir. BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi, atəşkəs rejiminin tətbiq edilməsini tələb edən 2401 saylı qətnaməsinin qəbulundan sonra quru döyüşləri və hava zərbələri zamanı yüzlərlə insanın həlak olması, minlərlə yaralının olması barədə məlumatlar daxil olur”-, deyə o bildirib.
O həmçinin bildirib ki, BMT-nin humanitar agentlikləri ərazidə təhlükəli vəziyyətə görə Şərqi Qutada Duma yaşayış məntəqəsinə humanitar yüklərlə dolu avtomobilləri göndərə bilməyiblər. 

mənbə :
Report.az

BMT: Şerqi Qutada son 2 gunde 100-den cox insan helak olub