İçeriğe geçmek için "Enter"a basın

ABŞ ordusu Pakistan taliblərinin əsas rəhbərlərindən birini məhv edib

08-03-2018

[r32]

8 Mart, 2018  20:50 xeber – ABŞ ordusunun Pakistan taliblərinin düşərgəsinə endirdiyi zərbə nəticəsində onlarla terrorçu məhv edilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, öldürülənlər arasında “Tehriki-i-taliban Pakistan” (Pakistanın Taliban hərəkatı – red) terror təşkilatının rəhbərinin oğlu Mulla Fəzlulla da var.
O, “Taliban”da dördüncü dərəcəli əhəmiyyətli fiqur olub. Məlumata görə, zərbə ABŞ-ın pilotsuz aparatı tərəfindən Kunar vilayətinə endirilib. Zərbə nəticəsində 20 terrorçu öldürülüb.
Pakistan mətbuatı isə bildirib ki, öldürülənlər arasında terrorçuların daha iki regional lideri –Gül Məhəmməd və Ustan Yasin də var.  

mənbə :
Report.az

ABS ordusu Pakistan taliblerinin esas rehberlerinden birini mehv edib