İçeriğe geçmek için "Enter"a basın

Bakıdakı beynəlxalq futbol turnirində Türkiyə parlamenti komandasına əslən azərbaycanlı deputat rəhbərlik edəcək

08-03-2018

[r32]

8 Mart, 2018  20:10 xeber – Martın 9-11-də Bakıda Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibəti ilə beş ölkənin parlamentlərinin futbol komandalarının iştirakı ilə beynəlxalq futbol turniri keciriləcək.
“Report” xəbər verir ki, turnir Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclis rəhbərliyinin dəstəyi ilə kecirilir.
Türkiyədən olan nümayəndə heyətinə bu ölkənin milli müdafiə nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin Elazig bölgəsindən olan deputat Şuay Alpay rəhbərlik edir. Qeyd edək ki, Ş.Alpayın babası azərbaycanlıdır – əslən Gəncəbasar bölgəsindəndir.
Onun babası Qacaq Məmmədqasım Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə barışmayaraq, ətrafına qacaq dəstəsi yığmaqla uzun müddət bolşeviklərə qarşı vuruşub. O, ötən əsrin 30-cu illərində repressiyanın güclənməsi səbəbindən Türkiyəyə kecməyə məcbur olub və orada ailə qurub.
Ş. Alpay Azərbaycana olan məhəbbətini daim bildirir və babasının vətəninə həmişə sevinclə təşrif buyurur. Çünki babası samuxlu Məmmədqasım yüz il əvvəl təkcə öz ailəsini deyil, müstəqil Azərbaycanı, onun bayrağını və parlamentinin şərəfini öz qanı ilə qoruyub.
mənbə :
Report.az

Bakidaki beynelxalq futbol turnirinde Turkiye parlamenti komandasina eslen azerbaycanli deputat rehberlik edecek