[r32]
8 Mart, 2018 17:52 xeber – Goranboy rayonunda qadın piyadanı avtomobil vurub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Cinliborsunlu kəndinin ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Təranə Mirzəyeva yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirlir.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az