İçeriğe geçmek için "Enter"a basın

Kriptovalyutalara investisiyalar qızıl və istiqrazları üstələyib

08-03-2018

[r32]

8 Mart, 2018  17:11 xeber – Kriptovalyutalar investisiya cəlbediciliyində artım sürətinə görə qızıl və istiqrazları üstələyib. 
“Report” mərkəzi ofisi Londonda yerləşən “Knight Frank” beynəlxalq premium sinif konsaltinq şirkətinin “The Wealth Report 2018” hesabatına istinadən bildirir ki, 2017-ci ildə kriptovalyutalara maraq 16% artıb.
Dövr ərzində qızıla investisiyalar 15%, istiqrazlara isə 6% artım göstərib.
Qapalı şirkətlərə investisiyalar 39%, nağd vəsaitə 29%, zinət əşyalarına investisiya həmçinin 29% artıb.
Hesabatda qeyd olunub ki, 2017-ci ildə özəl və institutsional investorlar tərəfindən ən çox tələb olunan aktivlər 52%-lə səhmlər, 40%-lə isə daşınmaz əmlak olub. 

mənbə :
Report.az

Kriptovalyutalara investisiyalar qizil ve istiqrazlari usteleyib