İçeriğe geçmek için "Enter"a basın

Ronaldu Çempionlar Liqasında ardıcıl 9 oyunda qol vuran ikinci futbolçu olub

07-03-2018

[r32]

7 Mart, 2018  02:56 xeber – “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu mövsüm futbol üzrə Çempionlar Liqasında 12-ci qolunu vurub.
“Report” xəbər verir ki, o, 1/8 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasının 51-ci dəqiqəsində fərqlənib.
Portuqaliyalı turnirin ardıcıl olaraq doqquz oyununda minimum bir qola imza ataraq, yarış tarixində eyni nailiyyəti təkrarlayan ikinci futbolçu olub. Bunadək ÇL-in ardıcıl 9 matçında “Mançester Yunayted”in sabiq forvardı Rud Van Nistelroy (2002/03-cü illər mövsümü) fərqlənmişdi.

mənbə :
Report.az

Ronaldu Cempionlar Liqasinda ardicil 9 oyunda qol vuran ikinci futbolcu olub