[r32]
7 Mart, 2018 02:56 xeber – “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu bu mövsüm futbol üzrə Çempionlar Liqasında 12-ci qolunu vurub.
“Report” xəbər verir ki, o, 1/8 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçirilən cavab qarşılaşmasının 51-ci dəqiqəsində fərqlənib.
Portuqaliyalı turnirin ardıcıl olaraq doqquz oyununda minimum bir qola imza ataraq, yarış tarixində eyni nailiyyəti təkrarlayan ikinci futbolçu olub. Bunadək ÇL-in ardıcıl 9 matçında “Mançester Yunayted”in sabiq forvardı Rud Van Nistelroy (2002/03-cü illər mövsümü) fərqlənmişdi.
mənbə :
Report.az