[r32]
7 Mart, 2018 02:08 xeber – Suriyada terrorçuların Tişrin hospitalını atəşə tutması nəticəsində 10 nəfər ölüb, daha 49 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
“Report” xəbər verir ki, bunu Rusiyanın Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenko deyib.
“Martın 5-də Dahiyyət əl-Əsad yaşayış məntəqəsindəki Tişrin hospitalının atəşə tutulması nəticəsində 10 nəfər ölüb, 49-u yaralanıb”, – deyə Yevtuşenko brifinqdə bildirib.
mənbə :
Report.az