İçeriğe geçmek için "Enter"a basın

ABŞ-ın Türkiyədəki səfirliyi martın 7-də işini bərpa edəcək

06-03-2018

[r32]

6 Mart, 2018  21:33 xeber – ABŞ-ın Ankaradakı səfirliyi öz işini tam həcmdə martın 7-də bərpa edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Amerika diplomatik nümayəndəliyinin rəsmi təmsilçisi Devid Qeynerə istinadən “Sabah” nəşri yazıb. “ABŞ-ın Ankaradakı səfirliyi sabah normal rejimdə işləməyə və xidmət göstərməyə başlaycaaq. Biz Türkiyə polisinə göstərdiyi dəstəyə və əmlak və əməkdaşlarımızın təhlükəsizliyinin təmin olunmasında etdiyi köməkliyə görə minnətdarıq”, – deyə nəşr onun sözlərini sitat gətirir.

Birləşmiş Ştatların Türkiyədəki səfirliyi martın 5-də təhlükəsizlik məqsədi ilə fəaliyyətini müvəqqəti dayandırıb.

mənbə :
Report.az

ABS-in Turkiyedeki sefirliyi isini berpa edecek