İçeriğe geçmek için "Enter"a basın

“Azəriqaz” 8 yaşayış məntəqəsinə təbii qaz verib

06-03-2018

[r32]

6 Mart, 2018  16:58 xeber – Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 108,2 km yeni qaz kəməri quraşdırılıb.
“Report” İB-yə istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 43,5 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Daşkəsən, Beyləqan, Göyçay, Masallı, Sabirabad və Salyan rayonları üzrə 8 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

mənbə :
Report.az

“Azeriqaz” 8 yasayis menteqesine tebii qaz verdi