[r32] 
                6 Mart, 2018  14:36 xeber – Azərbaycan vətəndaşı Ukraynada anti-terror əməliyyatı zonasında xidmət etmiş şəxsi qətlə yetirib.
“Report”un əldə etdiyi məlumata görə, əslən Bərdə rayonundan olan Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Rasim Məmmədov Kiyev şəhərində mübahisə zəmnində Ukrayna vətəndaşını öldürüb. Qətlə yetirilən şəxsin anti-terror əməliyyatı zonasında xidmət etdiyi bildirilir.
Hadisə yerindən qaçan R.Məmmədovu hüquq-mühafizə orqanları Ukraynanın Zaporojye əyalətində tutublar. Kiyev şəhər polisinə gətirilən R.Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 
mənbə : 
Report.az