İçeriğe geçmek için "Enter"a basın

Belçikada antiterror təhqiqatı keçirilib, saxlanılanlar var

05-03-2018

[r32]

5 Mart, 2018  21:40 xeber – Belçikada antiterror təhqiqatı keçirilib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Molenbeek rayonunda, həmçinin Qerardsberqen və Mehelen şəhərlərində keçirilən təhqiqat zamanı 8 nəfər saxlanılıb.
Federal Prokurorluğun dəftərxanasından bildirilib ki, saxlanılanlarda hər hansı silah və ya partlayıcı maddə aşkarlanmayıb.
Prokurorlar təhqiqatın təfərrüatı barədə heç nə deməyiblər. Lakin bildirilib ki, iş 2015-ci ilin noyabrında Parisdə silahlı belçikalılar və fransızların iştirakı ilə edilmiş hücumla, yaxud martın 22-də Brüsseldə törədilmiş terror aktı ilə bağlı deyil.  

mənbə :
Report.az

Belcikada antiterror tehqiqati kecirilib, saxlanilanlar var