İçeriğe geçmek için "Enter"a basın

"Əməkdar artist qaydaları pozdu – VİDEO"

05-03-2018

[r32]
2018-03-05T20:48 xeber – Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb.
Azərbaycanın əməkdar artisti Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara təhlükə yaradıb.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkib. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb. O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.


mənbə :
Sputnik

“Emekdar artist qaydalari pozdu – VİDEO”