İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının yeni tərkibi təsdiqlənib

05-03-2018

[r32]

5 Mart, 2018  18:37 xeber – Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb. 
“Report”un məlumatına görə, sərəncamla “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.”.
Xarici İşlər Nazirliyinə isə bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş göndərməsi tapşırılıb.

mənbə :
Report.az

Azerbaycan-Ukrayna Hokumetlerarasi Komissiyasinin yeni terkibi tesdiqlendi