[r32]
 2018-03-05T17:15 xeber – Avstriyada Dünya Karate Federasiyasının (WKF) Karate 1 turnirləri seriyasından mövsümün ikinci Seria A yarışında iştirak edən karateçilərimiz mükafatlardan kənar qalıblar.
Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, təsəlliverici görüşlərə qatılan İlahə Qasımova (-55 kq) 5-ci, Ayxan Mamayev (-84 kq) isə 7-ci nəticə göstərib. Hər biri bir neçə rəqibini məğlub edən digər idmançılarımız isə mübarizəni erkən başa vurmalı olublar.
Qeyd edək ki, Milli komandanın növbəti yarışı 16-18 mart tarixlərində Hollandiyanın Rotterdam şəhərində daha nüfuzlu Karate 1 Premyer Liqa turniri olacaq. Hər iki yarış dünya reytinq cədvəlinə xallar qazanmaq imkanı verir. 
mənbə : 
Sputnik
"İdmançılarımız mükafatlardan kənarda qaldılar"
						05-03-2018
Daha fazla XəbərlərXəbərlər kategorisinden daha fazla yazı »
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
 - Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
 - Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
 - Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
 - Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib