İçeriğe geçmek için "Enter"a basın

"Mirşahinin yaratdığı yeni TV lisenziya aldı"

05-03-2018

[r32]
2018-03-05T16:59 xeber – Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Sputnik Azərbaycan MTRŞ-yə istinadla məlumat verir ki, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real” TV) baş direktoru Mirşahin Ağayevdir.
mənbə :
Sputnik

“Mirsahinin yaratdigi yeni TV lisenziya aldi”