İçeriğe geçmek için "Enter"a basın

"Qəbrindən çıxarılan bəstəkarın xanımı: “Qərarımı dəfn mərasimində verdim”"

05-03-2018

[r32]
2018-03-05T16:28 xeber – Xəbər verdiyimiz kimi, martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin məzarı dəyişdirilib. Sənətkarın nəşi anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb. Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi mərhumun “Qurd qapısı”nda dəfn olunacağı barədə ailəsinə məlumat verib. Lakin Tahir Əkbər başqa bir məzarlıqda torpağa tapşırılıb.
©
Sputnik / Ilham Ahmadov Azərbaycanda tanınmış bəstəkar qəbirdən çıxarıldı
Bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər açıqlamasında bildirib ki, o bəstəkarın xanımı kimi Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib.
“Sağ olsunlar, kömək etdilər. Amma Tahir müəllimi “Qurd qapısı”nda deyil, layiqsiz yerdə gördüyümə görə onun məzarını dəyişdirdim. Çünki həmişə zarafatyana deyərdi ki, məni xidmətlərimə görə, 2-ci Fəxri Xiyabanda dəfn edərlər. Onun Azərbaycan incəsənətinə xidmətini danmaq olmaz. Mən öz qərarımı dəfn mərasimində verdim. Vəssalam. Səhər durub öz borcumu yerinə yetirdim. Nazirlikdən mənə deyilmişdi ki, Badamdarda basdırılacaq. Bilməmişdim ki, onu qamışlıqda, boş ərazidə dəfn edəcəklər. Əlavə bir şərhə ehtiyac varmı? Hamısı göz qabağındadır” – deyə Aybəniz xanım bildirib.
Mədəniyyət və Turizm Nazirliyi də bəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib.
Nazirlikdən bildirilib ki, dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçirib: “Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik”.
mənbə :
Sputnik

Qebrinden cixarilan bestekarin xanimi: “Qerarimi defn merasiminde verdim”