[r32]
4 Mart, 2018 21:13 xeber – Martın 5-də Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçiriləcək.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, iclasda iştirak etmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, iqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev və digər rəsmi şəxslər martın 4-də Tbilisiyə gəliblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edəcəklər.
mənbə :
Report.az