[r32] 
                4 Mart, 2018  20:22 xeber – Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham olunan vətəndaşlarını Vaşinqtona təhvil verməyəcək.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC-yə müsahibəsində deyib.
“Heç vaxt. Rusiya ümumiyyətlə öz vətəndaşlarını harasa ekstradisiya etmir, eləcə də ABŞ-a”, – deyə prezident bildirib.
Putin əlavə edib ki, ittiham olunan şəxslər Rusiya hakimiyyətini təmsil etməyiblər. “Onların dəqiq nə etdiklərini mən bilmirəm”, – deyə o bildirib. 
mənbə : 
Report.az