İçeriğe geçmek için "Enter"a basın

Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib

04-03-2018

[r32]

4 Mart, 2018  19:16 xeber – Papua-Yeni Qvineyada bir həftə əvvəl 30 nəfərin ölümü ilə nəticələnən zəlzələdən sonra bazar günü 6 maqnituda gücündə yeraltı təkanlar qeydə alınıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeni yeraltı təkanlar Bakı vaxtı ilə 18:34-də qeydə alınıb. Zəlzələnin episentri Porqer şəhərindən 83 km cənub-qərbdə yerləşib. Onun ocağı yerin 16 km dərinliyində olub.
Mümkün dağıntı və tələfat barədə məlum yoxdur. 

mənbə :
Report.az

Papua-Yeni Qvineyada guclu zelzele bas verib