İçeriğe geçmek için "Enter"a basın

"Gənc dalğıc ölümdən döndü - VİDEO"

04-03-2018

[r32]
2018-03-04T18:06 xeber -Gəncin sözlərinə görə, o, murenlərə heç nə etmir, onlar səbəbsiz olaraq ona hücum edib
Böyük muren balığı dalğıca hücum edib. Sputnik Azərbaycan xəbər verir ki, murenin dalğıca hücum etməsinin video görüntüləri sosial şəbəkələrdə yayılıb. Qeyd olunur ki, hadisə Cənubi Afrikada Sodvana buxtasında baş verib. Polşadan olan bir gənc dalğıc mərcan qalasını yoxlamaq üçün suyun dərinliyinə dalıb, amma birdən iki murenin onu təqib etdiyini görüb.

Kadrlardan görünür ki, balıqlardan biri dalğıca baxır və onu qorxutmaq üçün ağzını açır. Bir neçə saniyədən sonra o gəncin üzərinə atılır və onu təqib etməyə başlayır. Ancaq gənc onlardan canını qurtara bilir.

Gəncin sözlərinə görə, o, murenlərə heç nə etmir, onlar səbəbsiz olaraq gəncə hücum edib.

Read more: https://sputnik.az/world/20180304/414183067/genc-dalqic-olumden-dondu.html
mənbə :
Sputnik

“Genc dalgic olumden dondu – VİDEO”